Prezident Kuboku uğrunda VIII çövkən milli oyunları başa çatıb

Prezident Kuboku uğrunda VIII çövkən milli oyunları başa çatıb
# 23 dekabr 2013 11:36 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Şəkinin Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda VIII çövkən milli oyunları başa çatıb.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, nazirliyin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən oyunlarda respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən 20 komanda mübarizə aparıb. Builki oyunlarda ilk dəfə olaraq region təmsilçiləri ilə yanaşı, paytaxt komandaları da iştirak ediblər.

Prezident Kuboku uğrunda VIII çövkən milli oyunlarının qalibi adını “Bakı-2” komandası qazanıb: “Sür-papaq oyunu üzrə yarışlarda Balakən təmsilçiləri 1-ci yerə sahib çıxıblar. Sonrakı yerləri Laçın və Ağcabədi rayonlarının komandaları tutublar. İsmayıllı komandası papaq, Yevlax komandası yaylıq, Daşkəsən komandası isə atüstü güləş yarışlarının qalibi adını qazanıblar”.

Bütün növ yarışlar üzrə fərqlənən komandalara Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatları təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR