Sumqayıtda baş verən yol qəzasında piyada ölüb

Sumqayıtda baş verən yol qəzasında piyada ölüb
# 26 iyun 2014 10:37 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Sumqayıt şəhərində ağır yol qəzası baş verib. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyunun 25-də saat 17 radələrində Sumqayıt şəhəri ərazisində Abşeron rayon sakini İmran Novruzov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən şəhər sakini Qasım Mustafayevi vurub və idarəetməni itirdiyindən Bakı şəhər sakini Rüstəm Rüstəmovun idarə etdiyi “Hyundai” markalı avtomobillə toqquşub. Xəstəxanaya yerləşdirilən Q. Mustafayev orada ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR