Arif Yunus palataya köçürülüb

Arif Yunus palataya köçürülüb
# 30 aprel 2014 12:08 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Arif Yunus reanimasiyadan çıxıb.

Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, Arif Yunus ötən gün xəstəxananın reanimasiya şöbəsindən çıxarılaraq kardiologiya şöbəsində palataya yerləşdirilib.

Hazırda xəstənin vəziyyəti normaldır.

Qeyd edək ki, hüquq müdafiəçisi Leyla Yunusun həyat yoldaşı A. Yunusun aprelin 28-də aeroportda saxlanıldıqdan sonra vəziyyəti pisləşib və xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR