Bakıda evdə köməksiz qalmış şəxs xilas edilib

Bakıda evdə köməksiz qalmış şəxs xilas edilib
# 14 oktyabr 2013 23:49 (UTC +04:00)

Bakı-APA. Bakının Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bir nəfər mənzildə köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər 9 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olub və giriş qapısını açıb.

Mənzilə baxış keçirilərkən vətəndaş otaqda köməksiz vəziyyətdə aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR