Azərbaycanın bölgələrində vergi ödəyiciləri üçün xidmət mərkəzləri yaradılıb

Azərbaycanın bölgələrində vergi ödəyiciləri üçün xidmət mərkəzləri yaradılıb
# 05 noyabr 2013 10:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə vergi orqanı olmayan iri şəhər və rayonlarda vergi ödəyicilərinə xidmət mərkəzləri yaradıb.

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, xidmət mərkəzlərinin əsas məqsədi həmin rayonda fəaliyyət göstərən vergi ödəyicilərinə müasir standartlara uyğun vergi xidmətlərinin göstərilməsidir.

Xidmət mərkəzlərində zəruri şərait yaradılıb və onların funksiyaları genişləndirilib. Vergi ödəyiciləri vergi orqanına getmədən yaşadığı və ya fəaliyyət göstərdiyi ərazidəki xidmət mərkəzinə müraciət edərək vergilər barədə məlumat və izahatların alınması, vergi ödəyiciləri və təsərrüfat subyektlərinin (obyektlər) qeydiyyatı, qeydiyyatdan çıxarılması və qeydiyyat məlumatlarının dəyişdirilməsi, vergi bəyannamələri, hesabatlar, ərizələr və digər sənədlərin vergi orqanına göndərilməsi, nəzarət-kassa aparatlarının qeydiyyatı və qeydiyyatdan çıxarılması, hazır sənədlərin və arayışların alınması, «Asan İmza»nın, habelə istifadəçi kodu, şifrə və parolun əldə edilməsi və dəyişdirilməsi, uyğunsuzluq məktublarının araşdırılması və s. kimi vergi xidmətlərindən istifadə edə bilərlər.

Qeyd edək ki, xidmət mərkəzləri iş günləri saat 09:00-dan 18:00-dək fasiləsiz işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR