Azərbaycan XİN Şimali Koreyadan silah alınması ilə bağlı xəbərləri təkzib edib

Azərbaycan XİN Şimali Koreyadan silah alınması ilə bağlı xəbərləri təkzib edib
# 20 may 2013 12:57 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O bildirib ki, bu xəbərlər həqiqətə uyğun deyil və belə bir informasiyanın BMT-nin hesabatına necə düşməsi araşdırılacaq.

Qeyd edək ki, mayın 19-da beynəlxalq mətbuatda Şimali Koreya şirkətlərinin Azərbaycana 70-ə yaxın portativ zenit-raket kompleksləri satmağa cəhd göstərdiklərinə dair xəbərlər yayılıb. Bu informasiya BMT ekspertlərinin hesabatına salınıb və BMT Təhlükəsizlik Şurasının komitəsində müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR