İçərisində Laosun müdafiə nazirinin də olduğu təyyarə qəzaya uğrayıb, 14 nəfər ölüb

İçərisində Laosun müdafiə nazirinin də olduğu təyyarə qəzaya uğrayıb, 14 nəfər ölüb
# 17 may 2014 08:07 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Laos Müdafiə Nazirliyi məlumat yayıb.

Təyyarənin göyərtəsində 14 nəfər, o cümlədən yüksək rütbəli hərbçilər olub. Onların arasında Laosun müdafiə naziri və xanımı, ictimai təhlükəsizlik naziri və paytaxt Vyentyan şəhərinin meri də var. Ölənlərdən hələlik 9 nəfərin cəsədini tapmaq mümkün olub.

Nümayəndə heyəti Laos Xalq Ordusunun ikinci diviziyasının 55 illik yubiley tədbirlərində iştirak etməyə gedirmiş. Faciə ilə əlaqədar bütün yubiley tədbirləri təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR