Suxumi Universitetinin professoru: “Rusiya Cənubi Qafqazdakı çəkişmələrin müəllifidir”

Suxumi Universitetinin professoru: “Rusiya Cənubi Qafqazdakı çəkişmələrin müəllifidir”
# 13 may 2013 07:34 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. “Gürcü və Azərbaycan xalqları 1989-cu ildən başlayaraq müstəqillik uğrunda mübarizə aparmağa başlayıb. Həmin vaxtdan Moskva Suxumi və Sxinvalidə Gürcüstan üçün problem yaradıb. Ehtiyatda hələ ermənilərin kompakt yaşadığı Samsxe-Cavaxeti və azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli bölgələri vardı”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru, tarixçi Quram Marxulia Tiflisdəki Qafqaz Beynəlxalq Universitetində keçirilən elmi konfransda deyib.

Q. Marxulia Azərbaycanın Gürcüstanla geosiyasi əməkdaşlığa böyük əhəmiyyət verdiyini, buna görə də beynəlxalq layihələrin məhz Gürcüstanla birlikdə həyata keçirildiyini vurğulayıb: “Azərbaycan rəhbərliyi bildirdi ki, Gürcüstanla geosiyasi əməkdaşlığı inkişaf etdirmək üçün neft borusu bu ölkədən keçməlidir. Bu, o demək deyil ki, neft bizə dollar verir. Bəlkə sabah bu da olacaq, amma bu gün bu borular Gürcüstan və Azərbaycan üçün təhlükəsizliyin qarantıdır. Məsələ bundadır. Rusiya 2008-ci ildə özünün paslanmış tankları ilə Tiflisə yaxınlaşanda onu nə dayandırdı? Əlbəttə, neft boruları. Bu gün dünyada heç bir dövlət istəməz ki, Gürcüstan geosiyasi xəritədən silinsin”.

Gürcü professor Bakının xarici siyasətinə də toxunub: “Bakının Rusiya ilə siyasi münasibətləri normaldır. Belə də olmalıdır. Rusiya böyük ölkədir. Lakin bu ölkə Gürcüstanın və Azərbaycanın da 20% torpaqlarını işğal edib. Mən Ermənistanı dövlət hesab etmirəm. Çünki Rusiya onu işğal edib. Rusiya Cənubi Qafqazda olan geosiyasi çəkişmələrin əsas müəllifidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR