Paşha Bank
Bank Of Baku

Aİ ölkələrində yeraltı anbarlarda qazın həcmi 74%-i ötüb

Aİ ölkələrində yeraltı anbarlarda qazın həcmi 74%-i ötüb
# 15 oktyabr 2026 11:31 (UTC +04:00)

Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 74%-dən yuxarıdır.

Bu barədə “APA-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe, GIE) məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, hazırda Avropanın yeraltı qaz anbarlarının doluluq səviyyəsi 74,02% təşkil edir. Bu, son beş ilin eyni tarixə olan orta göstəricisindən 14,88 faiz bəndi, ötən ilin eyni dövründə qeydə alınmış 83,1%-lik səviyyədən isə 9,08 faiz bəndi aşağıdır. Qeyd olunan doluluq səviyyəsi 2011-ci ildən aparılan müşahidələr tarixində həmin tarix üçün qeydə alınmış ən aşağı göstəricidir.

Bildirilir ki, hazırda Aİ ölkələrinin anbarlarında 80,9 mlrd. kubmetrə yaxın qaz var. Bu, 2025-ci ildəki yığım səviyyəsindən 10,8 mlrd. kubmetr azdır və 2013-cü ildən bəri ən aşağı göstəricidir.

Qeyd edək ki, Avropa Komissiyasının tələblərinə əsasən, Aİ ölkələri hər il oktyabrın 1-dən dekabrın 1-dək olan müddətdə yeraltı qaz anbarlarının doluluq səviyyəsini 90%-ə çatdırmalıdır. Bununla yanaşı, anbarların doldurulması ilə bağlı mürəkkəb şərait yarandıqda 10%-lik elastiklik mexanizmi də nəzərdə tutulur.

Beləliklə, 2026-2027-ci illərin payız-qış mövsümünün başlanğıcına qədər normativ tələbin yerinə yetirilməsi üçün Avropanın yeraltı qaz anbarlarına xalis qaz vuruluşunun ən azı 68 mlrd. kubmetr təşkil etməsi lazımdır. Ötən il isə Avropa yalnız təxminən 55 mlrd. kubmetr göstəriciyə nail ola bilmişdi.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR