Çindən və Şərqi Asiya ölkələrindən Azərbaycana quş əti gətirilməsi qadağan olunub

Çindən və Şərqi Asiya ölkələrindən Azərbaycana quş əti gətirilməsi qadağan olunub
# 17 aprel 2013 11:01 (UTC +04:00)

DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli APA-ya açıqlamasında deyib ki, müraciətə əsasən, Çindən və Şərqi Asiya ölkələrindən Azərbaycana quş əti və quş əti məhsullarının gətirilməsi qadağan olunub. Onun sözlərinə görə, bu vaxta kimi Azərbaycan Çindən və Şərqi Asiya ölkələrindən quş əti və məhsulları almır: “Bundan sonra da quşçuluq təsərrüfatlarının rəhbərləri Çin və qonşu ölkələrdən quş əti gətirilməsi ilə bağlı Dövlət Baytarlıq Xidmətinə müraciət etsələr də onlara icazə verilməyəcək”.


Y. Xanvəli qeyd edib ki, Çində aşkarlanan H7N9 virusu insanlar üçün çox təhlükəlidir və quşlardan insanlara keçə bilər. Onun sözlərinə görə, Dövlət Baytarlıq Xidmətinə də H7N9 quş qripinin yayılmasının təhlükəsi haqqında Beynəlxalq Epizootik Bürodan müraciət daxil olub. Müraciətdə də bildirilib ki, hələlik həmin ölkələrdə vəziyyət və xəstəliyin səbəbi tam aydın deyil. Buna görə də Dövlət Baytarlıq Xidməti tərəfindən nəzarət tam gücləndirilib və həmin ölkələrdən quş əti məhsullarının gətirilməsinə qəti qadağan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR