Bakı-Ələt yolunun Azneft meydanından Bakı Su İdman Mərkəzinə qədər olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakı-Ələt yolunun Azneft meydanından Bakı Su İdman Mərkəzinə qədər olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
# 05 iyun 2015 13:11 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Bakı-Ələt avtomobil yolunun Azneft meydanından Bakı Su İdman Mərkəzinə qədər olan hissəsində “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri həyata keçiriləcək.

“Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, işlər hər iki istiqamətdə aparılacaq və bununla əlaqədar olaraq sözügedən yolda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Qeyd edək ki, I Avropa Oyunlarında müəyyən edilən marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri Ziya Bünyadov prospektində, “Bakı Dairəvi-1” avtomobil yolunda, Bakı-Ələt avtomobil yolunun Lökbatan dairəsindən Bibiheybət məscidinədək olan hissəsində yekunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR