Bakıda polis əməkdaşı yol qəzasında ölüb

Bakıda polis əməkdaşı yol qəzasında ölüb
# 24 noyabr 2014 07:43 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Bakıda polis əməkdaşı yol qəzasında ölüb. Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sahil qəsəbəsində qeydə alınıb. Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin polis baş serjantı, 1977-ci il təvəllüdlü Rüstəm Eldar oğlu Mürsəlov idarə etdiyi 90- AP- 050 nömrə nişanlı, "KİA" markalı avtomobilİ "DAF" markalı qoşqulu yük avtomobilinə çırpıb. Nəticədə R.Mürsəlov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Polisdən R. Mürsəlovun 38-ci Polis Bölməsinin rəisi Turab Paşayevin sürücüsü olduğu və həmin nəqliyyat vasitəsinin xidməti avtomobil olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR