Kürdəmirdə bir nəfər intihara cəhd edib

Kürdəmirdə bir nəfər intihara cəhd edib
# 12 aprel 2015 15:38 (UTC +04:00)

Bakı-APA. Kürdəmir rayonunda intihara cəhd hadisəsi olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, bir nəfər intihar etmək məqsədilə hündürlüyü 45 metr olan işıq dirəyinə çıxıb.

Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

FHN əməkdaşları intihara cəhdin qarşısını alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR