Ötən ay gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 32 müəssisənin sahibi cərimələnib

Ötən ay gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 32 müəssisənin sahibi cərimələnib
# 13 avqust 2014 12:24 (UTC +04:00)

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən APA-ya verilən xəbərə görə, 32 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 10 iş istintaq orqanına verilib, 19 nəfər işdən müvəqqəti olaraq kənarlaşdırılıb.

Ötən ay orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 280 yeyinti məhsulu nümunə götürülüb, onlardan 6-də kənara çıxma, mikrobioloji göstəricilərinə görə götürülən 797 nümunədən isə 3-də kənara çıxma aşkar olunub. Toksikoloji göstəricilərinə görə 51, onlardan 28-də nəticə qeyri-kafi olub.

Ötən ay ərzində şadlıq evlərindən 923 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 17 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR