Şabranda 25 yaşlı qadını ilan sancıb

Şabranda 25 yaşlı qadını ilan sancıb
# 20 avqust 2015 14:53 (UTC +04:00)

Şabran. Vəli Turan – APA. Bu gün Şabran rayonunda ilan sancma hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Şabran rayon sakini, 1990-cı il təvəllüdlü Ağasıyeva Əsmər Kazım qızını həyətyanı sahələrində ilan sancıb.

O, dərhal Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR