Azərbaycan baş nazirinin müavini Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Azərbaycan baş nazirinin müavini Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb
# 30 sentyabr 2015 17:36 (UTC +04:00)

Bu barədə APA-ya Komitənin mətbuat xidmətindən məlumat verilib. Görüşdə Baş nazirin müavini Əli Həsənov Azərbaycan ilə Avropa İttifaqı arasında hər zaman yaxşı əlaqələrin olduğunu bildirərək deyib: “Avropa İttifaqının hər hansısa qurumunun Azərbaycana qarşı ədalətsiz münasibəti bizim əlaqələrə təsir edə bilməz. Avropa İttifaqı hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, qondarma “Dağlıq Qarabağ” respublikasında keçirilən seçkiləri hər zaman qeyri qanuni hesab edib”.

Sentyabrın 10-da Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamədən danışan Baş nazirin müavini bildirib: “O qətnaməyə səs verən Avropa Parlamentinin deputatlarının əslində elə bir səlahiyyətləri yoxdur. Bu qətnaməyə səs verən deputatlar erməni diasporasının vəsaiti hesabına alınmış insanlardır. Bu deputatlar öz ölkələrində çox aqressiv insanlar olduqları üçün məhz həmin dövlətlər tərəfindən Avropa Parlamentin göndərilirlər. Yəni demək olar ki, bu xalqlar həmin insanlardan canlarını qurtarmaq üçün onları ölkədən sürgün edirlər”.

Əli Həsənov bildirib ki, Azərbaycanın əsas problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələ ilə mütəmadi məşğul olurlar, ancaq onların fəaliyyətinin heç bir nəticəsi yoxdur. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdikləri qətnamələr hələ də icra edilməyib. Əgər bu qətnamələr icra olunmursa, onda onların əhəmiyyəti nədir? Əli Həsənov vurğulayıb ki, bu gün Avropa 100-200 min qaçqını yerləşdirə bilmir, bu problemin qarşısında aciz qalıb, amma Azərbaycan bir milyondan artıq qaçqın və məcburi köçkünün problemlərinin həlli istiqamətində böyük işlər görüb, onların məşğulluq problemi həll edilib. Prezident İlham Əliyev tərəfindən bu sahənin idarə edilməsi tam təmin olunub.

Ermənistan prezidenti Serj Sarkisyanın BMT-nin Baş Assambleyasındakı çıxışına toxunan Əli Həsənov deyib: “Təsəvvür edə bilmirəm ki, BMT-nin Baş Assambleyası kimi nüfuzlu qurumun tribunasından bir ölkənin prezidentinin başqa bir dövlətin ünvanına bu cür təhqiramiz ifadələr işlətməsinə necə icazə verilə bilər? Düşünürəm ki, Serj Sarkisyan pisixi xəstədir və bunun nəticəsində bu cür qeyri etik ifadələr işlədib”.

Ətraflı məlumata görə minnətdarlığını bildirən Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber Avropa İttifaqının Ermənistan-Azərbaycan, dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinin dəyişməz qaldığını vurğulayıb. O , deyib ki, münaqişə ilə bağlı status-kvo qəbuledilməzdir və problem tezliklə həllini tapmalıdır. Herbert Salber Azərbaycanın Avropa İttifaqı üçün hər zaman önəmli tərəfdaş olduğunu söyləyib. O, gələcəkdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün müxtəlif sahələri əhatə edən müzakirələrin aparılmasının da vacibliyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR