Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 721,4 milyon manatlıq məhsul istehsal edilib.
Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 60,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 8,5 faiz artıb, kimya sənayesi məhsullarının istehsalı isə 8 faiz azalıb.
Qeyd olunur ki, hesabat dövründə kimya sənayesi məhsullarından polietilen istehsalı 23,3 faiz, etilen istehsalı 23,8 faiz azalmış, rezin və plastik kütlə məmulatlarından məsaməli plastik kütlədən sair plastinlər, lövhələr 21,0 faiz, polietilendən kisə və çantaların istehsalı 20,5 faiz, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı isə 6,4 faiz azalıb.
Azərbaycanda istehsal olunan kimya sənayesi məhsulları:
|
Məhsul növləri |
2026-cı ilin yanvar-sentyabr aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.10.2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı |
|
Kimya sənayesi məhsulları |
|||
|
Təsirsiz qazlar, min kub metr |
3 3146,2 |
96,2 |
20,6 |
|
ondan azot, min kub metr |
16 717,8 |
91,9 |
20 |
|
Lak-boya məmulatları, ton |
39 678 |
130,8 |
380,2 |
|
Qeyri-üzvi kimyəvi maddələr, ton |
25 320 |
150,4 |
6 420 |
|
ondan yod, ton |
147,1 |
97,9 |
10,5 |
|
Üzvi kimyəvi maddələr, min ton |
518,2 |
76,4 |
54,4 |
|
ondan: etilen, min ton |
89,8 |
76,2 |
0,9 |
|
propen (propilen), min ton |
89 |
82,5 |
0,7 |
|
metanol (metil spirti), min ton |
269,4 |
74,8 |
38,1 |
|
Etil spirti, min dkl |
52,6 |
81,8 |
34,5 |
|
Gübrə və azot birləşmələri, min ton |
420,6 |
86,6 |
66 |
|
Ondan: karbamid, min ton |
419,6 |
86,5 |
66 |
|
İlkin formada plastik kütlə, min ton |
181,7 |
79,7 |
34,5 |
|
ondan polietilen, min ton |
87,3 |
76,7 |
10,4 |
|
Yapışqan və yapışdırıcı maddələr, min ton |
143,5 |
112,5 |
9,1 |