Sumqayıtda inzibati binada yanğın baş verib, 15 nəfər təxliyə olunub

Sumqayıtda inzibati binada yanğın baş verib, 15 nəfər təxliyə olunub
# 13 noyabr 2014 19:48 (UTC +04:00)

Bakı-APA. Sumqayıt Paralimpiya İdman Kompleksində yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın ümumi sahəsi 9000 kv.m olan üçmərtəbəli inzibati binada baş verib. Nəticədə binanın 2-ci mərtəbəsinin yataq otağında 1 ədəd kondisioner və 2 ədəd əlil arabası yanıb. Yanğınsöndürənlər tərəfindən 15 nəfər təxliyə olunub. İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR