Paşha Bank
Bank Of Baku

Dövlət yol polisi "Son zəng" günü gücləndirilmiş rejimdə çalışacaq

Dövlət yol polisi "Son zəng" günü gücləndirilmiş rejimdə çalışacaq
# 13 iyun 2019 10:23 (UTC +04:00)

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, eləcə də rayon Dövlət Yol Polisi Şöbələri  “Son zəng” günü gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, təsdiq olunmuş plana əsasən, yol polisi bütün orta məktəblərin giriş qapısına 4 bənddən ibarət xəbərdarlıq müraciətləri vurub. Müraciətdə məzunlara və onların valideynlərinə xəbərdarlıq olunur.

Müraciətdə qeyd olunur ki, "Son zəng" günü valideynlər öz avtomobillərini məzunlara həvalə etməsinlər. Məzunlar da valideynlərinin, yaxın qohumlarının icazəsi olmadan onların avtomobilini götürüb idarə etməməlidirlər. Bu, onların inzibati məsuliyyətə cəlb olunmasına səbəb olacaq.

Bundan başqa Bakı şəhərinin orta məktəblərinin əksəriyyətində həm Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin, həm də rayon yol polisi şöbələrinin əməkdaşları "Son zəng" tədbirlərində iştirak edərək onlara DYP rəhbərliyinin təbriklərini çatdıracaq. Eləcə də yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirici təbliğat xarakterli söhbətlərin aparılması nəzərdə tutulub.

DYP valideyn və məzunların diqqətinə çatdırır ki, "Son zəng" günü bütün məktəblərin ərazisi yol polisi əməkdaşları tərəfindən nəzarətə götürüləcək və hər hansı neqativ hala yol verildikdə dərhal müvafiq addımlar atılacaq.

Sürücü və piyadalara tövsiyə olunur ki, yol hərəkəti qaydalarına riayət etsinlər və "Son zəng" tədbirlərinin təhlükəsizlik şəkildə başa çatmasına töhfə versinlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR