Gədəbəydə qadın sürücünün avtomobili qəzaya uğrayıb, xəsarət alanlar var

Gədəbəydə qadın sürücünün avtomobili qəzaya uğrayıb, xəsarət alanlar var
# 22 sentyabr 2015 06:21 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Qaradağlı kənd sakini, 1970-ci il təvəllüdlü Yolçu Əsgərovun idarə etdiyi “VAZ 21011” markalı avtomobillə Mehdi Quliyev kənd sakini, 1983-cü il təvəllüdlü Könül Əliyevanın idarə etdiyi “Mitsubishi” markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.


Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR