Rabitə və Yüksək Texnologiyalar Nazirliyi kiberhücumlarla əlaqədar gücləndirilmiş iş rejiminə keçib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi kiberhücumlarla əlaqədar gücləndirilmiş iş rejiminə keçib
# 04 avqust 2014 15:09 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, ETM-in xəbərdarlığında bildirilir ki, son günlər cəbhədə yaranmış gərginlik “informasiya müharibəsi”ndə də özünü büruzə verir.

Belə ki, Azərbaycan veb-resursları mütəmadi olaraq kiberhücumlara məruz qalır: “Mövcud şərait nəzərə alınaraq, yerli informasiya resurslarının sahibləri, müvafiq dövlət və özəl qurumlar tərəfindən informasiya təhlükəsizliyi məsələsinə, saytların dayanıqlı fəaliyyətinə daha ciddi diqqət yetirilməsi məsələsi gündəmdədir”.

ETM-dən o da bildirilir ki, Azərbaycan informasiya resurslarının təhlükəsizliyini təmin etmək məqsədilə Elektron Təhlükəsizlik Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: “Belə ki, kiberhücumlardan mühafizə üçün hər hansı insidentlə qarşılaşdığınız təqdirdə ETM-ə müraciət etmək olar. Bu məqsədlə müraciət etmək üçün ETM-in “qaynar xətt”indən (1654), e-poçt ünvanlarından (“[email protected]” və ya www.cert.az) faydalana bilərsiniz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR