Bank Of Baku

Neftçalada 10 min manatlıq balıq oğurlayan dəstə saxlanılıb

Neftçalada 10 min manatlıq balıq oğurlayan dəstə saxlanılıb
# 22 aprel 2019 11:59 (UTC +04:00)

Neftçalada 10 min manatlıq balıq oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ONA-ya verilən məlumata görə, aprelin 4-dən 19-dək olan müddətdə Neftçala rayonundakı balıqçılıq təsərrüfatlarının birindən 10.300 manat dəyərində 199 ədəd müxtəlif növ balığın oğurlandığı müəyyənləşib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Neftçala şəhər sakinləri A.Əliyev, E.Salmanov və Boyat kənd sakini X.Ələkbərov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR