Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşı beynəlxalq konvensiyada yüksək vəzifəyə seçilib

Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşı  beynəlxalq konvensiyada yüksək vəzifəyə seçilib
# 10 oktyabr 2014 15:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatı (BMT) Avropa İqtisadi Komissiyasının Nəqliyyatla bağlı Gömrük Məsələləri üzrə İşçi Qrupunun 138-ci və “BYD kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında 1975-ci il tarixli Gömrük Konvensiyası”nın İnzibati Komitəsinin 59-cu sessiyaları keçirilib.

Azərbaycan Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, tədbirlərdə Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov iştirak edib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin nümayəndəsi BMT Avropa İqtisadi Komissiyası tərəfindən idarə olunan “Sərhədlərdə nəzarətin aparılması şərtlərinin razılaşdırılmasına” dair Konvensiyasının (1982) İnzibati Komitəsinin sədri vəzifəsinə seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR