Azərbaycanın 2027-ci il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
“APA-Economics” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2027-ci il üzrə büdcə göstəricilərində qeyd olunub.
Bildirilib ki, bu göstərici 2026-cı il üçün nəzərdə tutulan proqnozla müqayisədə dəyişməyib.