Paşha Bank
Bank Of Baku

Nazir müavini: Azərbaycanda 1 800-ə yaxın aktiv elektrik enerjisi istehlakçısı var

Elnur Soltanov

© APA | Elnur Soltanov

# 28 oktyabr 2026 11:54 (UTC +04:00)

Azərbaycanda 1 800-ə yaxın aktiv elektrik enerjisi istehlakçısı var və onların 95%-dən çoxu Qarabağda fəaliyyət göstərir.

"APA-Economics" xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov “9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu” çərçivəsində keçirilən panel sessiyasında bildirib.

Onun sözlərinə görə, aktiv istehlakçı anlayışının hüquqi əsasları artıq müəyyənləşdirilib. Mövcud qaydalara əsasən, fiziki və hüquqi şəxslər öz evlərində və ya müəssisələrinin ərazisində 150 kVt-a qədər elektrik enerjisi istehsal edə bilərlər. İstehsal olunan enerjinin öz ehtiyaclarından artıq hissəsini isə “Azərişıq”a sataraq gəlir əldə etmək mümkündür.

Nazir müavini qeyd edib ki, vətəndaşlar bu prosesə başlamaq üçün ASAN xidmətə müraciət edə bilərlər. Onun sözlərinə görə, Qarabağda aktiv istehlakçıların sayının çox olması regionda yaşıl enerji zonasının yaradılması istiqamətində görülən işlərlə bağlıdır.

E. Soltanov əlavə edib ki, evlərdə elektrik enerjisi istehsalı üçün quraşdırılan sistemlərə yatırılan investisiyanın geri dönüş müddəti təxminən 7–8 il təşkil edir. Bu müddətdən sonra istehlakçı istehsal etdiyi artıq enerjini satmaqla gəlir əldə edə bilər.

Nazir müavini elektrik enerjisi istehlakının azaldılması üçün binaların və müxtəlif elektrik qurğularının enerji səmərəliliyinin artırılmasının da vacib olduğunu vurğulayıb.

O bildirib ki, gələn ildən Azərbaycanda binaların enerji pasportlaşdırılması məcburi olacaq. Bu tədbirin məqsədi daha keyfiyyətli və enerji baxımından səmərəli binaların tikintisini təşviq etməkdir.

E. Soltanovun sözlərinə görə, enerji səmərəliliyi yüksək olan, məsələn, A sinifli enerji pasportuna malik binaların bazar dəyəri də daha yüksək ola bilər. Belə binalarda elektrik enerjisi və digər enerji resurslarının istehlakı daha az olur. Bununla yanaşı, müxtəlif qurğuların enerji səmərəliliyinin artırılması üçün müvafiq standartların qəbul edilməsi istiqamətində də işlər aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR