2017-ci ildə Azərbaycanda təhsil alan şagirdlərin sayı 1522487 nəfər olub.
APA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev Nazirliyin hesabat tədbirində bildirib.
Son 5 il ərzində şagird-müəllim nisbətinin artdığını vurğulayan şöbə müdiri ən çox və az şagirdi olan rayonların adlarını da açıqlayıb.
E. Əmrullayev qeyd edib ki, ən çox şagirdi olan rayon Sabunçu (62374 nəfər), ən az şagirdi olan rayon isə Sədərəkdir (1287 nəfər).