Bakı-2015: Teymur Məmmədova qızıl medalı prezident İlham Əliyev təqdim edib - VİDEO - FOTOSESSİYA

Bakı-2015: Teymur Məmmədova qızıl medalı prezident İlham Əliyev təqdim edib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 25 iyun 2015 17:27 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın boks yığması I Avropa Oyunlarında ilk qızıl medalını qazanıb. Apasport.az saytının məlumatına görə, 81 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələn Teymur Məmmədov fəxri kürsünün ən yuxarı pilləsinə qalxıb.

Məmmədovun italiyalı Valentino Manfredoni ilə həlledici görüşünü Azərbaycan prezidenti İlham Əliyev, həmçinin Bakı-2015 I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da izləyib.

Boksçumuza qızıl medalı məhz ölkə başçısı təqdim edib. Həmçinin Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq Kuo Vu da mükafatlandırma mərasimində iştirak edib.

Daha sonra himnimizin sədaları altında dövlət bayrağımız dalğalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR