Paşha Bank
Bank Of Baku

Nigar Arpadarai: Dekarbonizasiya ənənəvi enerji sektorundan imtina kimi başa düşülməməlidir

Nigar Arpadarai

© APA | Nigar Arpadarai

# 28 oktyabr 2026 10:55 (UTC +04:00)

Azərbaycanda enerji sektorunun dekarbonizasiyası haqqında danışarkən, ilk növbədə ölkəmizin iqtisadi reallıqları da nəzərə almalıyıq.

“APA-Economics” xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Nigar Arpadarai “9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu” tədbirində çıxışı zamanı bildirib.

“Azərbaycanın neft-qaz sənayesi yalnız iqtisadi tariximizin bir hissəsi deyil, bu sektor ölkəmizin sənaye potensialının, enerji infrastrukturunun, mühəndislik təcrübəsinin və beynəlxalq iqtisadi əlaqələrin formalaşmasında mühüm rol oynamışdır. Biz bu irsi inkar etmədən, əksinə onun yaratdığı bilik, təcrübə və imkanlardan istifadə edərək yeni enerji mərhələsinə keçməliyik. Bu baxımdan dekarbonizasiya ənənəvi enerji sektorundan imtina etmək kimi deyil, onun daha səmərəli, texnoloji cəhətdən müasir və dayanıqlı modelə transformasiya edilməsi kimi başa düşülməlidir,”- deyə o qeyd edib.

Onun sözlərinə görə, burada bir neçə istiqamət xüsusi əhəmiyyət kəsb edir: “Bərpa olunan enerji mənbələrinin inkişafı və elektrik enerjisi istehsalının şaxələndirilməsi, neft-qaz sektorunun özünün dekarbonizasiyası burada mühüm əhəmiyyət kəsb edir və bu kontekstdə SOCAR-ın rolu xüsusi qeyd olunmalıdır. Üçüncüsü də enerji səmərəliliyinin artırılmasıdır, təbii ki. Və bəzən enerji keçidini yalnız yeni elektrik stansiyaların tikintisi və bərpa olunan enerji güclərinin artırılması kimi təqdim edirik. Halbuki istehlak zamanı binalarda da, nəqliyyatda da, sənaye proseslərində də enerjidən daha səmərəli istifadə də eyni dərəcədə vacibdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR