“Bakcell” abunəçiləri “28 Cinema”dan pulsuz bilet əldə edə bilər

“Bakcell” abunəçiləri “28 Cinema”dan pulsuz bilet əldə edə bilər
# 28 avqust 2014 10:38 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Bakcell” şirkəti abunəçilərin nəzərinə çatdırır ki, hər həftənin cümə axşamı günü “Ulduzum” istifadəçiləri “28 Cinema”dan bilet alarkən onlara hər ikinci bilet pulsuz təqdim olunacaq.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, pulsuz bileti almaq çox asandır. Belə ki, “Ulduzum” proqramının üzvləri “*” yazıb 5555-ə SMS yollamaqla 4 rəqəmli şifrə əldə edə edirlər (SMS-in qiyməti 3 qəpikdir). Hər həftənin cümə axşamı günü bilet alarkən “28 Cinema” kassirinə bu 4 rəqəmli şifrəni təqdim etdikdə “Ulduzum” üzvlərinə hər ikinci bilet avtomatik olaraq pulsuz təqdim olunacaq.

“Ulduzum” proqramına üzv olmaq üçün “1” yazıb 5555 nömrəsinə pulsuz SMS yollamaq yetərlidir. Yaradıldığı gündən etibarən bir ildən az müddət ərzində “Ulduzum” proqramına 500 mindən çox abunəçinin qoşulması və partnyorların müxtəlif təkliflərdən faydalanması bu proqramın uğurlu olmasının bir göstəricisidir.

Hazırda 120-dən çox partnyoru olan bu proqramın partnyorları siyahısında seçilmiş restoranlar, dəbdəbəli geyim, aksesuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzləri və bir sıra xidmət məntəqələri var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR