ABŞ səfiri Mingəçevirdə olub

ABŞ səfiri Mingəçevirdə olub
# 23 fevral 2013 16:37 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar fevralın 23-də Mingəçevir şəhərinə səfər edib. APA-nın məlumatına görə, R. Morninqstar Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. O, Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir filialında yerli gənclərlə və ABŞ-ın Sülh Korpusunun könüllüləri ilə də bir araya gəlib.

R. Morninqstar Mingəçevirə ilk dəfə gəldiyini bildirib və səfirliyin yerli təşkilatlar, xüsusən də “Mingəçevir işıqları” qəzeti ilə əməkdaşlığından məmnunluq duyduğunu söyləyib. O, “Kür” Olimpiya Tədris İdman Mərkəzinə də baş çəkib. Səfirin həyat yoldaşı Feys Morninqstar isə qadınlarla görüşüb.

Qeyd edək ki, R. Morninqstar fevralın 21-22-də Kürdəmir və Gəncədə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR