Azərbaycanda istehsal olunan enerjinin həcmi bir ilə 3% artıb

Azərbaycanda istehsal olunan enerjinin həcmi bir ilə 3% artıb
# 07 iyul 2014 09:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin iyun ayında Azərbaycanın enerji sistemində 1,6 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib.

“Azərenerji” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 6,6% çoxdur. Bu ilin əvvəlki may ayı ilə müqayisədə də ölkədə enerji istehsalında 6,6% artım qeydə alınıb.

Bu ilin ötən 6 ayı ərzində isə 11,2 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 2,7% artım deməkdir.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR