Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Qaz təchizatı haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
APA-nın xəbərinə görə, qanun layihəsi 8 fəsil, 30 maddədən ibarətdir.
Qanun layihəsində qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının istismarı ilə bağlı qaz təchizatı subyektləri, istehlakçılar və qaz təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətlərinin tənzimlənməsi və qaz təchizatının hüquqi, iqtisadi və təşkilati əsasları əksini tapıb.
Qaz təchizatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu qanundan və Azərbaycan Respublikasının qaz təchizatı sektorunu tənzimləyən digər normativ hüquqi aktlardan ibarətdir. 2.2. Ələt azad iqtisadi zonasında qaz təchizatı sektorunda münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” qanunun tələblərinə uyğun olaraq tənzimlənir.
Bu qanun Azərbaycan Respublikasının ayrı-ayrı qanunları ilə təsdiq edilmiş hasilatın pay bölgüsü haqqında sazişlərə və qazın ixrac boru kəmərləri vasitəsilə nəql edilməsinə dair sazişlərə və həmin sazişlər çərçivəsində bağlanılmış və Azərbaycan Respublikasının qanunları ilə təsdiq edilmiş digər sazişlər üzrə münasibətlərə yalnız həmin sazişlərdə nəzərdə tutulan və həmin sazişlərə zidd olmayan hallarda şamil olunacaq.
Qəbul ediləcəyi halda qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minir. Bununla belə, qanunun bir sıra müddəalarının qüvvəyə minmə müddətləri fərqlidir. Qazın nəqli, saxlanması, paylanması və satışı üzrə operatorların qaz təchizatı sahəsində digər fəaliyyətlə məşğul ola bilməyəcəklərinə dair tələb 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Keçid maddələrinə əsasən, qazın topdansatış, nəqli, saxlanması xidmətləri, istehlakçılara pərakəndə satış, qazın nəqli şəbəkəsinə qoşulma xidmətləri, və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri, o cümlədən sabit tarif bu qanunun qüvvəyə mindiyi gündən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəcək.
Layihəyə əsasən, qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) 2028-ci il iyulun 1-dən tənzimləyici tərəfindən müəyyən ediləcək və onun rəsmi internet saytında dərc olunacaq. Qazın paylanması tarifləri isə 2027-ci il yanvarın 1-dən 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəcək. Qeyd edilənlər nəzərə alınmaqla, tənzimləyicinin səlahiyyətləri 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.
Qazın nəqli, qazın paylanması və sənaye qaz qurğusunun istismarı üzrə icazələr tənzimləyici tərəfindən 2028-ci il iyulun 1-dən veriləcək. Tənzimləyici qaz təchizatı sektorunun monitorinqləri də 2028-ci il iyulun 1-dən həyata keçirəcək.
Qaz təchizatı sektorunda tənzimləyici aşağıdakı səlahiyyətləri də 2028-ci il iyulun 1-dən həyata keçirəcək:
- qaz təchizatı sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən olunması qaydalarının təsdiqlənməsini;
- sistem operatorlarının qaz itkilərinin hesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsi qaydalarının təsdiqlənməsini;
- qaz təchizatı subyektlərinin təqdim etdikləri iş və xidmətlərin keyfiyyətinə dair tələblərin müəyyən edilməsini;
- qaz təchizatı sektorunda fəaliyyətin həyata keçirilməsinə dair təlimatların təsdiqlənməsini;
- kommersiya uçotu qaydalarını təsdiqlənməsini.
Bununla bərabər, qaz nəqli sistem operatoru, qazpaylayıcı sistem operatoru və qazın saxlanması sistem operatoru, habelə topdan və pərakəndə qaz satıcıları tərəfindən tənzimləyiciyə tənzimləmə haqqı ödəniləcək. Tənzimləmə haqqının məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək və həmin məbləğ 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürüləcək.
“Qaz təchizatı haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb
Sənaye və energetika
Füzuli rayonunda günəş elektrik stansiyasının tikintisinə icazə alınması müddəti uzadılıb
Qətər qlobal enerji böhranının daha da dərinləşməsi riski barədə xəbərdarlıq edib
Avropa Komissiyası Rusiyadan qaz alışının bərpası ilə bağlı ABŞ-ın təklifini rədd edib
Bakının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq
Xəbər Lenti
Fransanın Paris də daxil olmaqla beş şəhərində komendant saatı tətbiq edilib - YENİLƏNİB
Rusiya və İran arasında Buşehr Atom Elektrik Stansiyasının tikintisi müzakirə edilib
İrlandiya və Almaniya səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Husilər Səudiyyə Ərəbistanının neft obyektlərinə və hava limanlarına hücum etdiklərini açıqlayıblar
Özbəkistan və ABŞ arasında 12 milyard dollarlıq sazişlər imzalanıb
Prezident: Biz xalqımızın bu qədər əzabına səbəb olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik - VİDEO
Pezeşkian Lavrovla regional və beynəlxalq məsələləri müzakirə edib
Sürixdən Şanxaya uçan təyyarə Bakıya məcburi eniş edib
Pentaqon rəhbərinin Ukraynaya “Patriot” raketlərinin göndərilməsini ləngitdiyi iddia olunur
Türkiyədə Azərbaycan əleyhinə çağırış edənlər ilk olaraq öz ölkələrində məsuliyyətə cəlb olunmalıdır - ARAŞDIRMA
Niko Kovaç: Biz açıq-aşkar favoritik
ABŞ-da məhkəmə Kubanın sabiq lideri Raul Kastronun həbsinə order verib
Rusiya ordusu Xarkov vilayətində parka zərbə endirib, 6 nəfər ölüb - YENİLƏNİB
Rumıniyada məktəbdə bıçaqlı hücum olub, yaralılar var
Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər - FOTO
Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqlənib
Qazaxda mal-qara otaran 35 yaşlı kişini ildırım vurub
Ukrayna ordusu Rusiyanın radar stansiyası və silah-sursat anbarlarına zərbə endirib
Lavrov: Rusiya İran-ABŞ münaqişəsinin həllinə kömək etməyə hazırdır
Azərbaycanda hakimiyyəti zorla ələ keçirməyə çağırış edən Türkiyədə yaşayan 7 nəfər beynəlxalq axtarışa verilib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Azərbaycana gətirilmiş ukraynalı uşaqlar Qəbələ və Şəkidə olublar
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azercell-in yubiley lotereyasında Fakturasız xətt abunəçiləri üçün hər həftə 7 iPhone və bir Toyota Corolla Cross uduşa çıxarılır!
Yəməndə husilər hərbi düşərgəyə raket zərbəsi endirib, 53 nəfər ölüb - YENİLƏNİB
Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı müzakirə olunub
Əraqçi Lavrovla regional və beynəlxalq məsələləri müzakirə edib
“Sabah” – “Borussiya Dortmund” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
Yaponiyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
ABB Beynəlxalq Risk Forumu keçirib
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb
“Şahinlərin Görüşü-2026” təlimində mürəkkəb taktiki manevrlər yerinə yetirilib - VİDEO
Qazaxda 88 yaşlı qadının meyiti tapılıb
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
Füzuli rayonunda günəş elektrik stansiyasının tikintisinə icazə alınması müddəti uzadılıb
Azərbaycanda Milli Statistika Sisteminin növbəti Qlobal Qiymətləndirilməsi keçirilir
Soltan Məmmədov: TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi vahid idarəetmə modelinə keçidi sürətləndirəcək
Dövlət Proqramının məzunları üçün karyera sərgisi keçirilib
Ağdərədə 1 768 rabitə dirəyi basdırılıb, 334 km fiber-optik kabel çəkilib - FOTO
AMB ilə Slovakiya Milli Bankı arasında Anlaşma Memorandumu imzalanıb
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
Şəhid ailələri və müharibə iştirakçılarına qarşı dələduzluqda təqsirləndirilən sabiq vəzifəli şəxsə hökm oxunub
Gürcüstandan Azərbaycana avtomobil ixracı 32% azalıb
İsveç səfirliyi: NATO və Azərbaycan arasında hərbi əməkdaşlıq inkişaf edir
Gürcüstanın Azərbaycanla builki ticarət dövriyyəsi 1 mlrd. dolları üstələyib
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
İsa Həbibbəyli: Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq
İran səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb
Musa Quliyev: Səhiyyə idarəçiliyində yeni mərhələ vətəndaş məmnunluğunun artırılmasına xidmət edəcək