ABŞ-ın Strateji Neft Ehtiyatı noyabrın 13-də başa çatan hesabat həftəsinin sonunda 276,4 milyon barelə qədər azalıb.
“APA-Economics”in ABŞ Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, ehtiyatların həcmi 1982-ci ilin oktyabrından bəri ən aşağı səviyyələrini yeniləməkdə davam edir.
Hesabat həftəsində ABŞ-ın strateji neft ehtiyatları təxminən 3,1 milyon barel azalıb. Ehtiyatların bundan daha aşağı səviyyəsi sonuncu dəfə 1982-ci ildə, oktyabrın 8-də başa çatan hesabat həftəsinin sonunda qeydə alınıb. Həmin vaxt göstərici 278,725 milyon barel təşkil edib.
ABŞ-ın strateji neft ehtiyatları cari ilin avqust ayının sonunda 1982-ci ilin minimum səviyyələrini yeniləməyə başlayıb. Oktyabrın əvvəlində göstərici 283 milyon barelə düşüb, noyabrın əvvəlindən etibarən isə azalma tempi sürətlənib.
ABŞ-ın Strateji Neft Ehtiyatı 1975-ci ildə Konqresin qərarı ilə, dünya enerji böhranından sonra yarana biləcək fövqəladə hallarda istifadə olunması məqsədilə yaradılıb.