İranın Buşəhr vilayətində zəlzələ qurbanlarının xatirəsinə matəm elan olunub

İranın Buşəhr vilayətində zəlzələ qurbanlarının xatirəsinə matəm elan olunub
# 09 aprel 2013 20:14 (UTC +04:00)

Bakı-APA. İranın Buşəhr vilayətində zəlzələ qurbanlarının xatirəsinə üçgünlük matəm elan olunub. APA-nın “Fars” agentliyinə istinadən verdiyi xəbərə görə, zəlzələ nəticəsində 31 nəfər ölüb, 500-dən çox adam xəsarət alıb. Vilayətin bir neçə şəhəri – Kaki, Hormuc və Kenqan tamamilə dağıdılıb. Buşəhr vilayətinin qubernatoru açıqlamasında qeyd edib ki, zəlzələ nəticəsində atom elektrik stansiyasına heç bir zərər dəyməyib.

Hal-hazırda zərər çəkənlərin ailələrinə yardım göstərilir.

Zəlzələni episentri Buşəhr Atom Elektrik Stansiyasının 90 kilometrliyinə təsadüf edib və 10 km dərində olub. Yeraltı təkanlar Fars körfəzinin bir neçə ölkələrində hiss olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR