Gürcüstanın keçmiş maliyyə nazirinin müavini İstintaq idarəsinə dindirilməyə çağırılıb

Gürcüstanın keçmiş maliyyə nazirinin müavini İstintaq idarəsinə dindirilməyə çağırılıb
# 07 fevral 2013 21:07 (UTC +04:00)

Bakı-APA. Gürcüstanın keçmiş maliyyə nazirinin müavini və keçmiş deputat Georgi Qodabrelidze Maliyyə Nazirliyinin İstintaq idarəsinə şahid qismində dindirilməyə çağırılıb.

APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, Qodabrelidze bildirib ki, o veriləcək sualların mahiyyəti barədə məlumatsızdır və konkret hansı iş üzrə çağırıldığını bilmir.

“Mənə telefonla zəng edib dindirilməyə çağırıblar. Mən gedib məsələyə aydınləq gətirəcəm”, deyə Qodabrelidze bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR