Bakıda mağaza və ev yanıb

Bakıda mağaza və ev yanıb
# 20 may 2015 11:46 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Qaradağ rayonunda qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan mağazanın dam örtüyü 10 kv.m sahədə və soyuducu yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 28 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 16 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olub.

Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR