“İpək Yolunun tamı: kulinariya, mədəniyyət və turizm” mövzusunda beynəlxalq konfransının yekunlarına həsr edilmiş mətbuat konfransı keçirilib

“İpək Yolunun tamı: kulinariya, mədəniyyət və turizm” mövzusunda beynəlxalq konfransının yekunlarına həsr edilmiş mətbuat konfransı keçirilib
# 07 sentyabr 2012 13:18 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bakıda keçirilən “İpək Yolunun tamı: kulinariya, mədəniyyət və turizm” mövzusunda beynəlxalq konfransının yekunlarına həsr edilmiş mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin iştirakı ilə baş tutan mətbuat konfransında iki gün ərzində beynəlxalq tədbirdə səsləndirilmiş bir çox məsələlərlə bağlı fikirlər səsləndirilib. Konfransın işini yüksək qiymətləndirən Ə.Qarayev belə tədbirlərin vaxtaşırı keçirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, bu Azərbaycanın milli mətbəxinin, turizm potensiyalının tanıdılması baxımından olduqca əlverişlidir. Nazir deyib ki, konfransın təşkilatı məsələlərindən başqa qalan bütün işlərini ÜTT həyata keçirib: “Biz bundan sonra da Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlığa xüsusi önəm verəcəyik”.

Ə.Qarayev bildirib ki, konfransı işıqlandırmaq üçün Azərbaycana gəlmiş xarici media mənsubları üçün bu gündən üç istiqamətdə - Lənkəran, Naftalan və Naxçıvan üzrə info-turlar təşkil olunacaq.

Tədbirdə çıxış edən ÜTT baş katibi Taleb Rifai Azərbaycanın İpək Yolu üzərində yerləşən, Avropa ilə Asiyanı birləşdirən ölkə olduğunu qeyd edib. T.Rifai deyib ki, “İpək Yolunun tamı: kulinariya, mədəniyyət və turizm” konfransı İpək Yolu üzərində yerləşən ölkələrin təcrübə mübadiləsinin, həmçinin Azərbaycanın kulinariya, turizm potensialının təşviqi baxımından da mühüm əhəmiyyət daşıyır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR