Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə növbəti reydlər keçirilib
02 mart 2012 14:26 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində “Ovçuluq haqqında” qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, reydlər zamanı, qanunsuz ov edən 56 nəfərdən 53 ədəd ov tüfəngi, 88 ədəd quş və 200 ədəd patron götürülərək aktlaşdırılıb. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində inzibati qaydada, ümumilikdə 12000 manat məbləğində cərimə tətbiq edilib.
Müvafiq sənəd təqdim etməyən qanun pozucularının şəxsiyyətlərini müəyyənləşdirmək üçün aidiyyəti rayon polis şöbələrinə müraciət edilib.
Müvafiq sənəd təqdim etməyən qanun pozucularının şəxsiyyətlərini müəyyənləşdirmək üçün aidiyyəti rayon polis şöbələrinə müraciət edilib.
Sosial
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO - YENİLƏNİB
20:07
17 may 2024
FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər
18:26
17 may 2024
Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb
18:16
17 may 2024
Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib, 16 nəfər ən yüksək nəticəni göstərib
17:03
17 may 2024