Azərbaycanda əhaliyə güzəştli şərtlərlə 18,6 min kompüter satılıb

Azərbaycanda əhaliyə güzəştli şərtlərlə 18,6 min kompüter satılıb
# 10 avqust 2012 15:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda «Xalq kompüteri» layihəsi çərçivəsində ölkə vətəndaşlarına güzəştli şərtlərlə 18 mindən artıq kompüter və noutbuk satılıb.

«APA-Economics»in məlumata görə, «Xalq kompüteri» layihəsinin icrasına 2009-cu ilin aprelin 10-da başlanılıb ki, indiyədək layihə çərçivəsində ölkə vətəndaşlarına güzəştli şərtlərlə 18 550 ədəd kompüter və noutbuk satılıb. Satılan kompüterlərin əsas hissəsi regionların payına düşüb. Azərbaycan paytaxtından sonra ən çox kompüter Naxçıvanda və Gəncədə satılıb. Satılan kompüterlərin yarısından çoxunu noutbuklar, qalan hissəsini isə fərdi kompüterlər təşkil edib.

Qeyd edək ki, layihənin əsas məqsədi əhalinin müxtəlif sosial təbəqələri tərəfindən müasir kompüter və lisenziyalı proqram təminatlarının əldə olunması üçün şəraitin yaradılması, regionlarda «rəqəmsal bərabərsizliyin» azaldılması məqsədilə İKT tətbiqinin genişləndirilməsi, həmçinin, informasiya cəmiyyətinin və elektron hökumətinin inkişafına yönəlmiş Azərbaycan hökumətinin fəaliyyətinin dəstəklənməsidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR