Lənkəranda avtomobil ağaca çırpılıb, bir nəfər xəsarət alıb

Lənkəranda avtomobil ağaca çırpılıb, bir nəfər xəsarət alıb
# 04 may 2012 06:38 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəza hadisəsi baş verib. Lənkəran Rayon-Şəhər Polis Şöbəsindən (RŞPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə mayın 3-ü saat 23.00 radələrində şəhərin Nəsimi küçəsində qeydə alınıb.

Lənkəran rayonu Göyşaban kənd sakini, 25 yaşlı Rüfət Niyaz oğlu Cəfərovun idarə etdiyi “VAZ-21014” markalı, 90 FZ 075 dövlət nömrə nişanlı avtomobil Avtovağzal-Ləvəngi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək, yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü körpücük sümüyünün yerini dəyişən sınığı, döş qəfəsinin qapalı travması, sağ budun qapalı travması diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının travmatologiya-ortopediya şöbəsinə yerləşdirilib. Xəstəyə müvafiq tibbi yardım göstərilib, hazırda vəziyyət stabil qiymətləndirilir.

İlkin versiya kimi qəzaya avtomobilin yüksək sürətlə idarə olunması səbəb göstərilir.

Faktla bağlı Lənkəran RŞPŞ-də araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR