“Nar Mobile” “Nar-la Qazan” lotereyasına başlayıb

“Nar Mobile” “Nar-la Qazan” lotereyasına başlayıb
# 13 iyul 2012 08:58 (UTC +04:00)
Bakı - APA-Economics. “Nar Mobile” mobil operatoru yeni möhtəşəm kampaniya başlayıb.

Şirkətdən “APA_Economics”ə verilən məlumata görə, lotereyada çoxlu pul uduşlarının olması ilə yanaşı, əsas hədiyyə olaraq “Mercede-Benz C-180 Coupe” avtomobili oynanılacaq.

Kampaniya qoşulan abunəçi uduş keçirilən müddətdə hər həftə 500 AZN, hər ay 5000 AZN və final uduş günündə “Mercedes-Benz C-180 Coupe” qazanmaq imkanı əldə edəcək. Lotereyada iştirak etmək üçün “Nar Mobile” nömrəsindən START yazıb 8500 qısa nömrəsinə SMS göndərmək lazımdır.

Kampaniyanın şərtlərinə görə, iştirakçı hər bir SMS-ə görə 10 (on) xal əldə edir. Toplanmış hər 10 xal bir şans olaraq qiymətləndirilir. Daha çox SMS abunəçinin qalib olmaq şansını artırmış olur. Bir SMS-in qiyməti ƏDV daxil olmaqla 0,69 AZN-dir.

Qeyd edək ki, lotereya 2012-ci il iyunun 12-dən dekabrın 25-dək həyata keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR