Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri: “Keçən il Azərbaycandan Rusiyaya 500 min miqrant gəlib”

Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri: “Keçən il Azərbaycandan Rusiyaya 500 min miqrant gəlib”
# 06 fevral 2012 12:59 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski bildirib. Onun sözlərinə görə, MDB dövlətlərindən gələn miqrantların sayı 9,7 milyon nəfərdir.
FMX-nın rəhbəri keçən il Ukraynadan 2,7 milyon, Özbəkistandan 2 milyon, Qazaxıstandan 1,5 miyon, Tacikistandan 1 milyon, Azərbaycan, Moldova, Qırğızıstan və Ermənistandan ayrı-ayrılıqda 500 min nəfər miqrantın Rusiyaya gəldiyini söyləyib.
K. Romodanovski qaçaq yollarla Rusiyaya 220 min nəfər miqrantın gəldiyini söyləyib: “Onlardan 76 min nəfəri könüllü olaraq Rusiyanı tərk edib, 29 min nəfər isə deportasiya edilib”.
Miqrasiya qanunlarını pozan şəxslərə qarşı cinayət məsuliyyətinin sərtləşdiriləcəyini söyləyən FMX rəhbəri bildirib ki, deportasiya olunan miqrantların Rusiyaya qayıtmasına 5 il icazə verilməyəcək: “Miqrantları qanunsuz yollarla ölkəyə gətirən şəxslərə veriləcək həbs cəzası 5 ildən 10 ilə qaldırılacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR