Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti gələn həftənin sonlarına kimi davam edəcək
29 iyun 2012 09:41 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti gələn həftənin sonlarına kimi davam edəcək. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib. Onun sözlərinə görə, iyunun 30-da Bakı və Abşeron yarımadasının bəzi yerlərində gecə və səhər saatlarında qısamüddətli yağışlar yağacaq. Gün ərzində hava əsasən dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, gecə və səhər güclənəcək. Havanın temperaturu gündüz saatlarında 22-27, gecə 18-20 dərəcə olacaq.
İyulun 1-2-də isə hava əsasən dəyişkən buludu, yağmursuz keçəcək. Havanın temperaturu gecə 18-20, gündüz 22-27 dərəcə təşkil edəcək.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın bölgələrində iyunun 30-da, iyulun 1 və 2-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə yağış intensiv olacaq. Aran rayonlarında temperatur 24-29, dağlıq rayonlarda 14-19 dərəcə olacaq. İyulun 1 və 2-də Aran rayonlarında havanın temperaturunun 25-30, dağlıq rayonlarda isə 15-20 dərəcə olacağı proqnozlaşdırılır.

Sosial
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO - YENİLƏNİB
20:07
17 may 2024
FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər
18:26
17 may 2024
Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb
18:16
17 may 2024
Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib, 16 nəfər ən yüksək nəticəni göstərib
17:03
17 may 2024