Latın Amerikasında ildə 80 min uşaq zorakılıqla öldürülür

Latın Amerikasında ildə 80 min uşaq zorakılıqla öldürülür
# 26 oktyabr 2012 02:56 (UTC +04:00)
Bakı-APA. Hər il Latın Amerikasında 80 min uşaq zorakılığın qurbanı olur. Bu rəqəm Kosta-Rikada uşaqlara qarşı zorakılığına həsr olunmuş seminarda səsləndirilib.

Seminarda çıxış edən uşaq hüquqlarının müdafiəsi sahəsindəki ekspertlərin sözlərinə görə, bu sahədə Latın Amerikası ölkələri dünyanın digər bölgələrini qabaqlayırlar. Region ölkələrində bu sahədə dünya standartlarına cavab verən qanunvericilik yoxdur. Uşaq hüquqlarının müdafiəsinə həm də ənənəvi yaşayış qaydaları da mane olurlar. Bu ölkələrdə uşaqlara qarşı zorakılıq praktiki olaraq yeganə tərbiyə vasitəsidir.

Rəsmi məlumatlara görə, hazırda Latın Amerikası ölkələrində bütün qətl qurbanlarının 28,7%-i 10-19 yaşlı insanlardır. 6 milyondan artıq uşaq qəddar münasibət, müxtəlif növ istismar və valideyn qayğısının olmamağından əziyyət çəkir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR