Ukraynada şaxta 135 nəfərin həyatına son qoyub

Ukraynada şaxta 135 nəfərin həyatına son qoyub
# 06 fevral 2012 23:12 (UTC +04:00)
Bakı-APA. Bu günədək Ukraynada soyuqdan 135 nəfər ölüb, 2600 nəfər isə donvurmadan şikayətlərlə tibb müəssisələrinə müraciət ediblər. Bu barədə Ukraynanın səhiyyə nazirliyi məlumat yayıb.

Şiddətli soyuqlarla bağlı Ukraynada 3 min 265 isti yemək və içməklə təchiz olunmuş isitmə məntəqəsi fəaliyyət göstərir. Yaxın vaxtlarda daha 96 məntəqə açılacaq. Son günlər ərzində isti yemək və paltar üçün təxminən 10 min nəfər müraciət edib. Yanvarın 27-dən analoji müraciət edənlərin sayı 85 minə çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR