Rusiya Xarici İşlər Nazirliyi: “Hindisttan və Pakistan atom silahından imtina etməlidir”

Rusiya Xarici İşlər Nazirliyi: “Hindisttan və Pakistan atom silahından imtina etməlidir”
# 07 sentyabr 2012 12:14 (UTC +04:00)
Moskva. Fərid Əkbərov-APA. “Hindisttan və Pakistan atom silahından imtina etməlidir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. Onun sözləırinə görə, bu dövlətlərin atom silahından imtina etmələri bir çox problemləri həll edə bilər: “Biz hesab edirik ki, Hindistan və Pakistanın nüvə silahının yayılmaması müqaviləsi təşkilatına qoşulması və onların bu silahdan imtina etmələri bir çox problemli situasiyalarının həllinə gətirib çıxaracaq”.

Stokholm dünya problemlərinin təhqiqatı institunun məlumatıına görə, 2011-ci ildə Hindistanın 80-100 nüvə başlığı, Pakistanın isə 90-110 nüvə başlığı olub. Bu göstəricilər ABŞ-da 8 min, Rusiyada isə 11 minə yaxındır.

Qeyd edək ki, bu ölkələr 2010-cu il yazında bağlanmış müqaviləyə əsasən, nüvə başlıqlarının sayını azaltmalıdırlar. 2011-ci ildə qüvvəyə minən sənədə əsasən, ABŞ və Rusiya 2018-ci ilə kimi nüvə başlıqlarını 1550-yə qədər azaltmalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR