Azərbaycanda bank depozitləri yanvarda azalıb

Azərbaycanda bank depozitləri yanvarda azalıb
# 16 mart 2012 08:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin ümumi həcmi 2012-ci il fevralın 1-nə 9 281,2 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 959,9 mln. manat və ya 26,8% çoxdur. Eyni zamanda, yanvar ayında depozitlərin həcmi 165,8 mln. manat və ya 1,8% azalıb.

Depozitlərin tərkibində 4 179,5 mln. manat və ya 45,0% ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi son bir ildə 1 107,4 mln. manat və ya 36%, yanvarda isə 59,7 mln. manat və ya 1,4% artıb.

Eyni zamanda, hüquqi şəxslərin depozitlərinin həcmi fevralın 1-nə 5 101,8 mln. manata bərabər olub. Bu göstərici son bir ildə 852,7 mln. manat və ya 20,1% artıb. Eyni zamanda, yanvar ayında 225,3 mln. manat və ya 4,2%-lik azalma baş verib.

Hüquqi şəxslərin depozitlərinin tərkibində 2 529,7 mln. manat və ya 49,6% maliyyə təşkilatlarının depozitləri, 2 572,1 mln. manat və ya 50,4% qeyri-maliyyə təşkilatlarının depozitlərinin payına düşür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR