Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini və digərlərinin məhkəməsi başlayıb

Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini və digərlərinin məhkəməsi başlayıb
# 27 mart 2012 13:23 (UTC +04:00)
APA-nın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə O. Kərimovun vəkili Ramiz Məmmədov vəsatətlə çıxış edərək, martın 4-də müdafiə etdiyi şəxs barəsində seçilən həbs-qətimkan tədbirinin müddətinin başa çatdığını bildirib: “Orxan Kərimov həmin müddətdən sonra həbsdə qanunsuz saxlanılıb. Eyni zamanda ibtidai istintaq zamanı qanun pozuntusuna yol verilib, o bir gün ac saxlanılıb. Eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Milli Məclisin 9 deputatı onun barəsində olan cinayət işinin obyektiv araşdırılması və səhhətində problem olduğu üçün barəsində olan həbs – qətimkan tədbirinin dəyişdirilməsi barədə istintaq orqanına müraciət edib. Mən onun həbsdən azad edilməsini xahiş edirəm”.
R. Məmmədov, həmçinin Orxan Kərimovun qayınanasına məxsus mənzildə aparılan axtarışların nəticələrinin sübutlar siyahısından çıxarılması barədə vəsatət verib. Lakin dövlət ittihamçısı Vüsal Orucov cinayət işi ilə ətraflı tanış olmadığı üçün vəsatətlərə münasibət bildirməyib. Bunun üçün məhkəmə prosesi aprelin 2-dək təxirə salınıb.
Xatırladaq ki, O. Kərimov ötən il iyunun 6-da həbs olunub. İstintaq araşdırması zamanı digər təqsirləndirilən şəxslər də məsuliyyətə cəlb ediliblər. Onlar Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunurlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR