Azərbaycan Dillər Universitetində “Eurovison-2009”un qalibi Aleksandr Rıbakla görüş keçirilib - FOTO

Azərbaycan Dillər Universitetində “Eurovison-2009”un qalibi Aleksandr Rıbakla görüş keçirilib - <font color=red>FOTO</font>
# 23 may 2012 13:41 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Dillər Universitetində “Eurovison 2009” musiqi yarışmasının qalibi Aleksandr Rıbakla görüş keçirilib. ADU-dan APA-ya verilən məlumata görə, A. Rıbak öncə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov, daha sonra regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində Skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb. Tələbələri salamladıqdan sonra A. Rıbak onların “Eurovision” və digər mövzularla bağlı suallarını cavablandırıb, Azərbaycan haqqında təəssüratlarını bölüşüb.

Görüşün sonunda A. Rıbak ADU tələbələrinin 4 dildə sərbəst danışmaqlarına heyran olduğunu dilə gətirib. Sonda o, ADU-nun akt zalında konsert proqramı ilə çıxış edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR