İran ordusunun baş komandanı: “Fars körfəzindəki ABŞ donanmadsı bizim üçün hədəfdir”

İran ordusunun baş komandanı: “Fars körfəzindəki ABŞ donanmadsı bizim üçün hədəfdir”
# 18 aprel 2012 14:16 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “Fars körfəzində yerləşdirilən ABŞ donanması bizim üçün hədəfdir ”. APA-nın İRNA-ya istinadən məlumatına görə, bu fikirləri İran ordusunun baş komandanı Ətaullah Salehi jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Fars körfəzində xarici donanmaların olması hərbi cəhətdən İran üçün mühüm əhəmiyyət daşımır. Ə. Salehi İranla “altılıq” ölkələri arasında keçirilən İstanbul görüşünə də toxunaraq bildirib ki, bu müzakirələrdə Tehran diplomatik gücünü göstərib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR